Ana Sayfa > Gündəm / Karusel > Nazirlərin görüşü haqda İlham Əliyevə məruzə ediləcək

Nazirlərin görüşü haqda İlham Əliyevə məruzə ediləcək


28-04-2017, 15:36. Yazar: admin
Nazirlərin görüşü haqda İlham Əliyevə məruzə ediləcək



“Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü zamanı aparılmış müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcəkdir”.

AzVision.az xəbər verir ki, bunu xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.


AİA.az
Geri dön