Ana Sayfa > Ölkə > Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldıBu gün, 13:00. Yazar: vasif |
![]() Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən aia.az-a bildirilib ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Geri dön |