Ana Sayfa > Ölkə > Bərdədə dəhşətli hadisə: Ər-arvad dəm qazından zəhərləndi, qadın öldü

Bərdədə dəhşətli hadisə: Ər-arvad dəm qazından zəhərləndi, qadın öldü


Bu gün, 12:16. Yazar: vasif
Bərdədə dəhşətli hadisə: Ər-arvad dəm qazından zəhərləndi, qadın öldü


Bərdə rayonunda ər-arvad dəm qazından zəhərlənib. Hadisə faciə ilə nəticələnib.
aia.az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməli oğlu İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, P.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. K.İmaməliyevin vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön