Ana Sayfa > Gündəm > Rəis işdən çıxarıldı - Bərdədə

Rəis işdən çıxarıldı - Bərdədə


28-04-2017, 15:24. Yazar: admin
Rəis işdən çıxarıldı - Bərdədə



"Azərişıq" ASC-nin Bərdə rayon elektirik şəbəkəsinin rəisi işdən çıxarılıb.

AİA.Az report-a istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektirik şəbəkəsinin rəisi Vidadi Babayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

V.Babayev "Azərişıq" ASC-nin sədri Baba Rzayevin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb.
İşdən çıxarılan rəisin yerinə hələlik təyinat yoxdur. Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsi müvvəqəti olaraq baş mühəndis Sahib Abbasova tapşırılıb.

Qeyd edək ki ,V.Babayev bu vəzifəyə 3 il bundan əvvəl təyin edilib.

AİA.az
Geri dön