Ana Sayfa > Gündəm > Polislərin düşdüyü qəza ilə bağlı rəsmi məlumat

Polislərin düşdüyü qəza ilə bağlı rəsmi məlumat


28-04-2017, 14:20. Yazar: admin
Polislərin düşdüyü qəza ilə bağlı rəsmi məlumat



Daxili İşlər Nazirliyi (DİN) YPX avtomobilinin iştirakı ilə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

AzVision.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi "Mercedes" və Natiq Məmmədyarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AİA.az
Geri dön