Ana Sayfa > Özəl > Tramp NATO ilə razılaşdırılmış bəyanatı dəyişdi – Ukraynaya yeni xəbərdarlıq

Tramp NATO ilə razılaşdırılmış bəyanatı dəyişdi – Ukraynaya yeni xəbərdarlıq


Bu gün, 21:00. Yazar: vasif
Tramp NATO ilə razılaşdırılmış bəyanatı dəyişdi – Ukraynaya yeni xəbərdarlıq


ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra yayımlanan birgə bəyanatın mətnini birtərəfli qaydada dəyişdirib.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Noyabrın 25-də Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən görüşün ardından yayımlanan ilkin bəyanatda Rusiya münaqişəni digər ərazilərə yaymamağa çağırılıb.

Lakin bir neçə saat sonra Tramp “Truth Social” hesabında bəyanatın dəyişdirilmiş variantını paylaşıb.

Yeni versiyada yalnız Rusiyaya deyil, Ukraynaya da münaqişəni digər ərazilərə yaymamaq çağırışı edilib.

NATO-nun adının açıqlanmasını istəməyən rəsmisi ilkin mətnin tərəflər arasında rəsmi şəkildə razılaşdırıldığını bildirib. Ağ Ev isə məsələ ilə bağlı şərh verməyib.

Nəşr bu dəyişikliyin Ukraynanın Liviyanın Benqazi limanında Rusiyaya məxsus hərbi gəmiyə zərbə endirməsi barədə məlumatlardan bir neçə gün sonra edildiyinə diqqət çəkib.

“Politico”nun qiymətləndirməsinə görə, Trampın bəyanata etdiyi düzəliş NATO-nun baş katibi Mark Rutteni çətin diplomatik vəziyyətlə üz-üzə qoyub.

Hadisə Vaşinqtonla Kiyev arasında mövcud fikir ayrılıqlarının və Ukraynanın hərbi əməliyyatlarına münasibətdə fərqli yanaşmaların növbəti göstəricisi kimi qiymətləndirilir.
Geri dön