Ana Sayfa > Manşet / Dünya > Ərdoğan Məkkə müqaviləsini təsdiqlədi
Ərdoğan Məkkə müqaviləsini təsdiqlədiBu gün, 11:45. Yazar: Subhan |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəflərdən birinə kənardan silahlı hücum olacağı təqdirdə qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında ortaq müdafiə üzrə Məkkə müqaviləsini təsdiqləyib. aia.az xəbər verir ki, dövlət başçısının bununla bağlı fərmanı hökumətin "Resmi Gazete" nəşrində dərc olunub. Bundan əvvəl Pakistan və Səudiyyə Ərəbistanı sənədin ratifikasiyası prosesini yekunlaşdırıblar. Müqavilə, ratifikasiya haqqında sonuncu sənədin razılaşma çərçivəsində yaradılmış müştərək müdafiə komitəsinin katibliyinə təqdim edilməsindən sonra tam qüvvəyə minəcək. Sənəd 7 avqust 2026-cı ildə Məkkədə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, bu üç ölkədən hər hansı birinə xaricdən edilən silahlı hücum bütün iştirakçılara qarşı edilmiş hücum kimi qəbul olunacaq. Belə bir vəziyyətdə müttəfiqlər bütün mövcud qarşılıqlı dəstək imkanlarından istifadə edərək, hücuma məruz qalan tərəfə dərhal kömək göstərəcəklər. Yardım növü və miqyası hərbi potensial, eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsində öz əksini tapan özünümüdafiə hüququ nəzərə alınaraq, vəziyyətin birgə qiymətləndirilməsi əsasında fərdi şəkildə müəyyənləşdiriləcək. Daha öncə Türkiyə rəsmiləri müqavilədə qoşunların göndərilməsi ilə bağlı avtomatik öhdəliyin olmadığını xüsusi vurğulamışdılar. aia.az Geri dön |