Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanıldı


Bu gün, 10:31. Yazar: Subhan
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanıldı

Noyabrın 26-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

aia.az
Geri dön