Ana Sayfa > Gündəm > Şəhid polkovnikin xanımı: "Heç bir vəzifəyə təyinat almamışam" - YENİLƏNİB - FOTO

Şəhid polkovnikin xanımı: "Heç bir vəzifəyə təyinat almamışam" - YENİLƏNİB - FOTO


28-04-2017, 13:37. Yazar: admin
Şəhid polkovnikin xanımı: "Heç bir vəzifəyə təyinat almamışam" - YENİLƏNİB - FOTO



13:03

Ötən ilin "Aprel döyüşləri"ndə şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbər haqda açıqlama verib.

AİA.Az-ın modern.az-a istinadən məlumatına görə, S.Orucova bildirib ki, o, Dövlət Komitəsində heç bir vəzifəyə təyinat almayıb. O, xəbəri dəqiqləşdirmədən onu ictimailəşdirən jurnalistlərdən də narazılıq edib:

"Mən 9 aydır komitədə işləyirəm. Amma komitənin Gender siyasəti və qadın problemleri şöbəsində aparıcı məsləhətçini əvəz edirəm. Yəni daimi işim deyil. Heç bir vəzifəyə təyinatdan söhbət getmir. Güman edirəm ki, özünü jurnalist sayan kimsə məni komitədə görüb, sanki, partlayış baş veribmiş kimi bunu dərhal ictimailəşdirib".

Şəhid xanımı baş verənlərə təəssüfləndiyini vurğulayıb:
"Bəzi saytlarda "Şəhidin arvadına vəzifə verildi" başlıqlı xəbər yazılıb. Heç olmasa şəhidin adına hörmət edin. Arvadı nədir?"

----------

09:34

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya (Əlizadə) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.

AİA.Az femida.az-a istinadən xəbər verir ki, Sevinc Orucova Komitənin Gender Siyasəti ve Qadın Problemleri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.

Komitənin İnformasiya Şöbəsindən faktı təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.
Geri dön