Ana Sayfa > Dünya > Küveytdə strateji obyektə hücum edildi - Ölənlər var
Küveytdə strateji obyektə hücum edildi - Ölənlər varBu gün, 21:44. Yazar: vasif |
![]() Küveytdə strateji əhəmiyyətli obyektlərdən birinə hücum nəticəsində dörd nəfər yaralanıb. Küveyt ordusu hücumun İran tərəfindən həyata keçirildiyini bildirib. aia.az xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü polkovnik Səud Əbdüləziz əl-Ətvanın sözlərinə görə, silahlı qüvvələr ölkənin hava məkanında düşmən pilotsuz uçuş aparatlarını aşkarlayaraq zərərsizləşdiriblər. Onun sözlərinə görə, hücum nəticəsində bir Küveyt, iki İtaliya və bir Pakistan vətəndaşı yaralanıb, həmçinin maddi ziyan dəyib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə isə İtaliya vətəndaşları aldıqları yaralardan ölüblər. Geri dön |