Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib


Bu gün, 19:53. Yazar: azer
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

26 noyabr 2026-cı il tarixində SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda SOCAR Qrupunun 2026-cı ilin ilk altı ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri, şirkətin cari ildə borc öhdəliklərinin idarə olunması istiqamətində görülən işlər müzakirə edilib.
Eyni zamanda “Azneft” İstehsalat Birliyinin cari il üzrə istehsalat fəaliyyətinin nəticələri və inkişaf perspektivləri nəzərdən keçirilib.
İclasda, həmçinin SOCAR-ın tamamlanmış və icrası davam etdirilən strateji layihələrinə və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Geri dön