Ana Sayfa > Ölkə > YAP Qaradağ rayon təşkilatında yeni üzvlərə vəsiqələr təqdim edilib

YAP Qaradağ rayon təşkilatında yeni üzvlərə vəsiqələr təqdim edilib


Bu gün, 18:34. Yazar: azer
YAP Qaradağ rayon təşkilatında yeni üzvlərə vəsiqələr təqdim edilib

2026-cı il noyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında partiya sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov yeni üzvləri təbrik edərək onlara uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə milli dövlətçiliyə və xalqa misilsiz xidmətlərlə zəngin, şərəfli bir yol keçdiyini vurğulayıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbəri olduğu partiyanın Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nüfuz qazandığını bildirən rayon təşkilatının sədri Ulu Öndərin ideyalarına sədaqətlə fəaliyyət göstərən YAP-ın, ölkəmizin dinamik və hərtərəfli inkişafında daim ön sıralarda yer aldığını qeyd edib.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edən bir ölkə olduğunu vurğulayan İlqar İlyasov, YAP-ın cari il oktyabrın 2-də keçirilmiş VIII qurultayında dövlət başçısının səsləndirdiyi nitqində partiya qarşısında yeni vəzifələr qoyulduğunu xatırladıb.
Qaradağ rayon təşkilatının sədri, bu məsələlərin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Əmin olduğunu bildirib ki, yeni üzvlər bu istiqamətdə öz bilik və bacarıqlarını əsirgəməyəcək, rayon təşkilatının fəalliyyətində, rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçiləcəklər.
Tədbirdə çıxış edən yeni üzvlər göstərilən etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Geri dön