Ana Sayfa > Özəl > MDB-dən İranla bağlı yeni addım – Tehran ilk ölkə ola bilər

MDB-dən İranla bağlı yeni addım – Tehran ilk ölkə ola bilər


Bu gün, 21:30. Yazar: vasif
MDB-dən İranla bağlı yeni addım – Tehran ilk ölkə ola bilər




İrana Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində xüsusi əməkdaşlıq statusunun verilməsi məsələsi nəzərdən keçirilir.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə “MDB+” formatında əməkdaşlığa maraq göstərib.

Tehranın təşəbbüsü təşkilata üzv dövlətlər tərəfindən əsasən müsbət qarşılanıb.

Lebedev bildirib ki, İran “MDB+” formatında əməkdaşlıq statusu qazanan ilk ölkə ola bilər.

Qeyd edək ki, sözügedən format üçüncü ölkələrə MDB-nin tamhüquqlu üzvü olmadan təşkilatla əməkdaşlıq əlaqələrini genişləndirmək imkanı yaradır.
Geri dön