Ana Sayfa > Özəl > Tokayevin Putinə ünvanladığı sözlərin arxasında hansı maraqlar dayanır?
Tokayevin Putinə ünvanladığı sözlərin arxasında hansı maraqlar dayanır?Bu gün, 19:00. Yazar: vasif |
![]() Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada Vladimir Putinlə görüşündə Rusiyanın beynəlxalq mövqelərinin güclənməsindən məmnunluğunu ifadə edib. Onun açıqlaması siyasi müzakirələrə səbəb olub. Tokayev Rusiya liderinin Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampla Şençjendə keçirilən üçtərəfli görüşdə iştirakını Moskvanın beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib. Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Qazaxıstan liderinin açıqlamasının arxasında üç əsas siyasi amil dayanır. Birinci səbəb – iqtisadi maraqlar Qazaxıstanın Rusiya ilə geniş iqtisadi və ticarət əlaqələri mövcuddur. İkitərəfli ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşması, ortaq enerji infrastrukturu və nəqliyyat marşrutları Moskva ilə münasibətlərin qorunmasını Astana üçün əhəmiyyətli edir. İkinci səbəb – regional təhlükəsizlik Ekspertin sözlərinə görə, Qazaxıstan öz müstəqilliyini qorumaqla yanaşı, Rusiya ilə münasibətlərin gərginləşməsindən yayınmağa çalışır. Uzun quru sərhədi və təhlükəsizlik sahəsində əməkdaşlıq Astananın diplomatik siyasətində mühüm yer tutur. Üçüncü səbəb – geosiyasi tarazlıq Qazaxıstan Rusiya, Çin, ABŞ və Avropa İttifaqı ilə münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Politoloq Tokayevin açıqlamasını da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirir. Əsədullazadənin fikrincə, Tokayevin bəyanatı Kreml üçün də siyasi əhəmiyyət daşıyır. Qərblə münasibətlərin gərgin olduğu bir dövrdə mühüm regional tərəfdaşın belə açıqlaması Moskva tərəfindən beynəlxalq təcrid iddialarına qarşı diplomatik mesaj kimi təqdim edilə bilər. Geri dön |