Ana Sayfa > Seçilənlər-2 / Səhiyyə / Manşet > Əldə olunan uğurlar Zərifə xanımı heç vaxt arxayınlaşdırmamışdır

Əldə olunan uğurlar Zərifə xanımı heç vaxt arxayınlaşdırmamışdır


28-04-2017, 12:27. Yazar: admin
Əldə olunan uğurlar Zərifə xanımı heç vaxt arxayınlaşdırmamışdır


Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. Azərbaycanın Babək, Koroğlu, Tomris, Cavanşir, Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır.




Vətən bizim varlığımızdır, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Mənim vətənim Azərbaycandır. Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm, bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Gözəl yurdu bütün qəlbi ilə sevən, ona bütün varlığı ilə bağlanan Zərifə xanım Əliyeva Naxçıvanda anadan olmuşdur. Ömrünü ən şərəfli bir peşə olan həkimlik peşəsinə həsr etmişdir. Zaman-zaman bu peşənin incəliklərinə bələd olmuş, ən əsası göz xəstəlikləri sahəsində uğurlu tədqiqatlar aparmış, bu tədqiqatlar nəticəsində bu xəstəliyin yaranma və müalicəsi ilə bağlı dəyərli əsərlər yazmış, həkimlərin istifadəsinə vermişdir.



Əldə olunan uğurlar Zərifə xanımı heç zaman arxayınlaşdırmamışdır. O, daim axtarışda olmuş, yeni ixtiralar etmiş, bu sahədə böyük uğurlara imza atmışdır. Yetirmələrinin hər birinə xüsusi hörməti olan bu insan daim çalışmışdır ki, tələbələri vətənə, xalqa layiq bir vətəndaş kimi həyata vəsiqə alsınlar.

Görkəmli alim, təcrübəli pedaqoqun əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.


Gülnaz Məmmədova

Füzuli rayon 46 saylı orta məktəbin direktoru


AİA.az
Geri dön