Ana Sayfa > Özəl > Moskva Gürcüstan şirkətlərinə qarşı yeni məhdudiyyətlərə hazırlaşır

Moskva Gürcüstan şirkətlərinə qarşı yeni məhdudiyyətlərə hazırlaşır


Bu gün, 18:16. Yazar: vasif
Moskva Gürcüstan şirkətlərinə qarşı yeni məhdudiyyətlərə hazırlaşır



Gürcüstan və Rusiya nümayəndələri arasında Minskdə keçirilən danışıqlar mövcud iqtisadi məhdudiyyətlərin aradan qaldırılması ilə nəticələnməyib.

Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə yeddi Gürcüstan şirkətinə tətbiq edilən məhdudiyyətlərin ləğvi məsələsini gündəmə gətirib.

Lakin danışıqlar zamanı Moskvanın daha iki gürcü istehsalçıya qarşı əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığı məlum olub.

Zurabaşvilinin sözlərinə görə, Rusiya tərəfi məhdudiyyətlərlə üzləşən şirkətlərin qanun pozuntularına yol verdiyini təsdiqləyən heç bir sübut təqdim etməyib.

Gürcüstan rəsmisi şərab məhsullarının Rusiya bazarına qaytarılmasını prinsipial məsələ adlandıraraq istehsalçıların Ukraynanı maliyyələşdirməsi və Rusiyaya qarşı təbliğat aparması barədə iddiaları rədd edib.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Tbilisi ilə praqmatik münasibətlərin inkişafında maraqlı olduğunu bildirib və tərəflər arasında birbaşa dialoqun əhəmiyyətini vurğulayıb.
Geri dön