Ana Sayfa > Ölkə > Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır
Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınırBu gün, 11:05. Yazar: Subhan |
![]() "Azərbaycanda xroniki miyeloid leykoza (XML) daha çox Abşeron-Bakı-Sumqayıt istiqamətində rast gəlinir". aia.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki miyeloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını təqdim edərkən deyib. Mərkəz nümayəndəsi bu statistikanın səbəblərini belə izah edib: "Xəritədə təqdim olunan göstəricilər regionlar üzrə qeydə alınmış xəstələrin mütləq sayını əks etdirir. Bunlar əhali sayına standartlaşdırılmış insidens göstəriciləri deyil. Bu konsentrasiyanın bir neçə mümkün izahı var: əhali sıxlığı, diaqnostik xidmətlərin mərkəzləşdirilməsi və ixtisaslaşdırılmış tibbi yardıma çıxış imkanları. Sənaye və neft-kimya amillərinin mümkün rolu da elmi baxımdan maraqlı hipotezdir. Lakin mövcud məlumatlar əsasında səbəb-nəticə əlaqəsi haqqında danışmaq düzgün olmazdı. Bu istiqamət ayrıca epidemioloji tədqiqatların aparılmasını tələb edir". aia.az Geri dön |