Ana Sayfa > Dünya > Tramp Çin və digər ölkələrdən idxala əlavə gömrük rüsumları elan etdi

Tramp Çin və digər ölkələrdən idxala əlavə gömrük rüsumları elan etdi


Bu gün, 00:00. Yazar: vasif
Tramp Çin və digər ölkələrdən idxala əlavə gömrük rüsumları elan etdi


ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin və Avropa İttifaqı da daxil olmaqla, 14 ticarət tərəfdaşından idxal olunan məhsullara əlavə gömrük rüsumlarının tətbiqini təklif edib.
aia.az "Associated Press"ə istinadən xəbər verir ki, ən yüksək rüsum dərəcəsi - 20% Çin üçün nəzərdə tutulub.

Yeni rüsumlar daha əvvəl tətbiq edilmiş təxminən 25%-lik gömrük rüsumlarına əlavə olaraq tutulacaq.

Bununla yanaşı, rüsum dərəcələri Vaşinqtonun bağladığı ticarət sazişlərində nəzərdə tutulan yuxarı hədləri aşmayacaq. Belə ki, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və Tayvan üçün bu hədd 15%, Malayziya üçün isə 19% təşkil edir.

Siyahıya Hindistan, İndoneziya, Vyetnam, Banqladeş, Kamboca, Sinqapur, Tailand və İsveçrə də daxil edilib. ABŞ hökuməti hələlik Meksika və Norveçə qarşı yeni rüsumlar tətbiq etməmək qərarına gəlib.

Yeni rüsumlar ictimai müzakirələr və dinləmələrdən sonra 2027-ci ilin yanvarında qüvvəyə minə bilər.

Rüsumların tətbiqi ilə bağlı qərar ABŞ Ticarət Nümayəndəliyinin martın 11-də başladığını elan etdiyi səkkiz aylıq araşdırmanın nəticələrinə əsasən qəbul edilib. ABŞ hökumətinin fikrincə, xarici ölkələrdə istehsal güclərinin həddindən artıq olması ABŞ sənayesinin inkişafına mane olur.
Geri dön