Ana Sayfa > Siyasət > Prezidentin bu müsahibəsi Bakı və Hanoy arasında Yeni Yol Xəritəsidir

Prezidentin bu müsahibəsi Bakı və Hanoy arasında Yeni Yol Xəritəsidir


Bu gün, 17:03. Yazar: azer
Prezidentin bu müsahibəsi Bakı və Hanoy arasında Yeni Yol Xəritəsidir

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkələr arasındakı münasibətlərin yeni mərhələsinin sözün əsl mənasından Yol Xəritəsidir.
Dövlətimizin başçısının bu müsahibəsi ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq istiqamətlərinin və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsi iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş siyasətin ardıcıl xarakterini nümayiş etdirir.
Birmənalı şəkildə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşıb.
Ölkə başçısı müsahibəsində vurğulayır ki, 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri bu əlaqələrin tarixində xüsusi yer tutur. Eyni zamanda, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Vyetnam səfəri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verib. Bu tarixi ənənələr bu gün də Azərbaycan-Vyetnam münasibətlərinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yeni mərhələnin başlanğıcı olub.
Bu, iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə iqtisadi-ticari əlaqələrin inkişafı diqqətəlayiqdir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla yanaşı, energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR ilə “PetroVietnam” arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Vyetnam şirkətlərinin Azərbaycanın investisiya və infrastruktur layihələrində iştiraka maraq göstərməsi iqtisadi tərəfdaşlığın praktiki məzmununu artırır.
Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da ikitərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yarada bilər.
Digər tərəfdən, enerji sektoru Azərbaycan–Vyetnam iqtisadi münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin genişləndirilməsi və mütəxəssis hazırlığı istiqamətində həyata keçirilən təşəbbüslər qarşılıqlı iqtisadi maraqlara xidmət edir. Eyni zamanda, bərpaolunan enerji sahəsində, xüsusilə günəş və külək enerjisi layihələrində əməkdaşlıq perspektivləri münasibətlərin yeni istiqamətlər üzrə inkişafına şərait yaradır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu da müsahibədə diqqət çəkən məsələlərdəndir. Prezident İlham Əliyev ölkəmizin Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılmasında mühüm rol oynaya biləcəyini vurğulayıb. Bu imkanlardan səmərəli istifadə edilməsi həm Azərbaycanın beynəlxalq tranzit mövqeyini gücləndirə, həm də Vyetnamla iqtisadi əlaqələrin genişlənməsinə töhfə verə bilər.
Müsahibədə humanitar, mədəni və təhsil əlaqələrinə də geniş yer ayrılıb. Bu istiqamətlər dövlətlərarası münasibətlərin yalnız iqtisadi və siyasi maraqlarla məhdudlaşmadığını, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun da mühüm əhəmiyyət daşıdığını göstərir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin inşası iki ölkə arasında humanitar əməkdaşlığın konkret nümunələrindəndir.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, Leyla Əliyevanın bu ölkəyə səfəri, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixi ənənələrə malik olduğunu göstərir. Eyni zamanda, müsahibədə Azərbaycan ilə Vyetnam arasında mədəni əlaqələrin tarixinə xüsusi diqqət yetirilməsi də əlamətdardır. Onun sözlərinə görə, Qara Qarayevin yaradıcılığından Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələrə qədər uzanan bu əlaqələr xalqlarımız arasındakı mədəni yaxınlığın təzahürüdür.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər qarşılıqlı maraqlara, iqtisadi imkanlara və beynəlxalq əməkdaşlıq sahəsində ortaq yanaşmalara əsaslanır.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Geri dön