Ana Sayfa > Ölkə > Bakıda iki azyaşlı bacı vəfat etdi -

Bakıda iki azyaşlı bacı vəfat etdi -


Bu gün, 16:24. Yazar: Subhan
Bakıda iki azyaşlı bacı vəfat etdi -

07.11.2026-cı il tarixində saat 09:35 radələrində və 22.11.2026-cı il tarixində saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.

Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

"Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda bildirilib.

Qeyd edək ki, vəfat edənlər bacıdırlar.

*** 14:10

Bakıda iki azyaşlı bacı vəfat edib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər.

aia.az
Geri dön