Ana Sayfa > Parlament / Gündəm > Özbəkistan parlament nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib

Özbəkistan parlament nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib


Bu gün, 12:41. Yazar: azer
Özbəkistan parlament nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib

Milli Məclisdə keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin nümayəndə heyəti noyabrın 25-də Zəfər abidəsini ziyarət edib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi nümayəndə heyəti Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.
Ziyarətçilərə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinin yaşadılması məqsədilə yaradılmış memorial kompleks haqqında məlumat verilib.

Qonaqları Milli Məclis sədrinin müavini Musa Qasımlı müşayiət edib.
Geri dön