Ana Sayfa > Özəl > Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilmə müddətini açıqladı
Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilmə müddətini açıqladıBu gün, 21:17. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların 2027-ci ilin yanvar ayının sonunadək maliyyələşdirildiyini bildirib. Ağ Ev rəhbəri bu barədə “New York Post” qəzetinə müsahibəsində açıqlama verib. Tramp Demokratların yanvar ayının əvvəlində Konqresə nəzarəti ələ keçirməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarının məhdudlaşa biləcəyini qeyd edib. ABŞ lideri ölkəsinin İran üzərində “tam qələbə” qazandığını iddia edərək Demokratların münaqişəni vaxtından əvvəl dayandıra biləcəyindən narahatlığını ifadə edib. “Demokratlar bunu etsələr, sadəcə qələbəni məğlubiyyətə çevirəcəklər”, – deyə Tramp bildirib. Geri dön |