Ana Sayfa > Özəl > Milyon dollarlıq uduşdan bir neçə gün sonra həbs edildi

Milyon dollarlıq uduşdan bir neçə gün sonra həbs edildi


Bu gün, 21:00. Yazar: vasif
Milyon dollarlıq uduşdan bir neçə gün sonra həbs edildi




ABŞ-da lotereyada 1 milyon dollar qazanan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Morales immiqrasiya polisi tərəfindən saxlanılıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) əməkdaşları Velaskes-Moralesi noyabrın 24-də Şərqi Bostonda saxlayıblar. Onun polis əməkdaşlarından qaçmağa çalışdığı, lakin qısa müddətdə yaxalandığı bildirilir.

Telekanalın mənbələrinə görə, Salvador vətəndaşı 2013-cü ildə ABŞ sərhədini qanunsuz keçib, 2014-cü ilin aprelində isə onun deportasiyası barədə yekun qərar çıxarılıb.

Maraqlıdır ki, Velaskes-Morales noyabrın 18-də Massaçusets ştatının lotereyasında qazandığı 1 milyon dollarlıq mükafatı alıb.

Lotereya təşkilatçıları üç gün sonra onun milyon dollarlıq simvolik çeklə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıblar.

Məlumata görə, o, böyük uduş qazandıran bileti cəmi 10 dollara, sonradan saxlanıldığı Şərqi Boston rayonundakı mağazalardan birindən alıb.
Geri dön