Ana Sayfa > Manşet / Siyasət / Parlament > Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib


Bu gün, 11:28. Yazar: azer
Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Noyabrın 25-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan- Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılacaq, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanacaq.
Geri dön