Ana Sayfa > Özəl > Vaşinqtonda İrana qarşı yeni hərbi ssenari müzakirə olunur

Vaşinqtonda İrana qarşı yeni hərbi ssenari müzakirə olunur


Bu gün, 19:00. Yazar: vasif
Vaşinqtonda İrana qarşı yeni hərbi ssenari müzakirə olunur



ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatların həyata keçirilməsini nəzərdən keçirirlər.

Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatın tərəfdarları belə bir addımın ABŞ Prezidenti Donald Trampa müharibəni başa çatdırmaq imkanı yaradacağını düşünürlər.

Təklifin əleyhdarları isə mümkün hücumların Tehrandakı sərt xətt tərəfdarlarının mövqeyini gücləndirə və Vaşinqtonun gələcək danışıqlardakı etibarlılığına zərbə vura biləcəyini bildirirlər.

Pentaqon rəsmiləri də bu cür əməliyyatların ABŞ rəsmiləri üçün əlavə təhlükəsizlik riskləri yaradacağı barədə xəbərdarlıq ediblər.

Məlumata görə, İran rəhbərliyinə qarşı hərbi əməliyyat variantı daha əvvəl də Trampa təqdim olunub. Son həftələrdə isə bu məsələ yenidən müzakirə mövzusuna çevrilib.

ABŞ Prezidenti Donald Tramp mümkün əməliyyatla bağlı hələlik yekun qərar verməyib.
Geri dön