Ana Sayfa > İdman > “Qalatasaray” “Aston Villa”nı məğlub edib
“Qalatasaray” “Aston Villa”nı məğlub edibDünən, 23:51. Yazar: vasif |
![]() Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb. aia.az Apasport.az-a istinadla xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edib. Qarşılaşma “RAMS Park” stadionunda keçirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. "Sarı-qırmızılılar" rəqibini minimal hesabla məğlub edib - 1:0. Qeyd edək ki, İstanbul təmsilçisi keçirdiyi 5 oyundan sonra 9 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla 6-cı yerdədir. UEFA Çempionlar Liqası Liqa mərhələsi, V tur 24 noyabr 21:45. “Qalatasaray” – “Aston Villa” 1:0 Qol: Deniz Gül, 77 Stadion: “RAMS Park” (İstanbul) “Qalatasaray”: Uğurcan Çakır, Vilfrid Sinqo, Eren Elmalı, Mario Lemina, El Şaday Bitsiyabu, Abdülkerim Bardakcı, Leroy Sane, Lukas Torreyra, Barış Alper Yılmaz, Aleksey Batrakov, Yunus Akgün. “Aston Villa”: Zion Suzuki, Aaron Van-Bissaka, Yan Matsen, Bubakar Kamara, Teylor Harvud-Bellis, Pau Torres, Con Makginn, Joao Qomes, Nikolas Cekson, Yohan Manzambi, İbrahim Mbaye. Geri dön |