Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşübBu gün, 14:21. Yazar: azer |
![]() 24 noyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru Cou Honqlayanq ilə görüşüb. Görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Söhbət zamanı tərəflər neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanlarına, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar. Geri dön |