Ana Sayfa > Parlament > Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək
Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcəkBu gün, 13:35. Yazar: Subhan |
![]() Vəzifəli şəxs tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək. aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. aia.az Geri dön |