Ana Sayfa > Karusel / Parlament > "Sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib" -
"Sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib" -Bu gün, 11:25. Yazar: Subhan |
![]() “Artıq müharibələr səngərlərdə deyil, həm də beyin və düşüncələrdə gedir”. aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu, problemin nə qədər mürəkkəb olduğunu göstərir. "Bu gün sosial media dünyanın dağıdıcı silahlarından birinə çevrilib. Çox təəəssüf ki, sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib. Getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir göstərməkdədir. Bu istiqamətdə ciddi addımların atılması zəruridir. Bu gün bu platformalarda baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya, vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir. Bütün bunların fonunda qarşıda bizi hansı təhülkələrin gözlədiyini bilmirik. Bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini zəruri edir". aia.az Geri dön |