Ana Sayfa > Parlament > Azərbaycan xalqının gücünü reallaşdıran lider oldu -

Azərbaycan xalqının gücünü reallaşdıran lider oldu -


Bu gün, 11:17. Yazar: Subhan
Azərbaycan xalqının gücünü reallaşdıran lider oldu -

Azərbaycan xalqının potensial gücü hər zaman olub, lakin bu gücü reallaşdırmaq üçün vahid liderə ehtiyac var idi.

aia.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, siyasi nəzəriyyədə Hans Morgenthau tərəfindən irəli sürülən milli güc konsepsiyasına əsasən, hər bir xalqın milli gücü mövcuddur, lakin bu güc vahid lider tərəfindən reallaşdırıldıqda həqiqi potensialını ortaya qoyur.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı hər zaman Ermənistan üzərində qələbə qazanmaq potensialına malik olub, lakin liderin olmaması bu potensialın reallaşmasına mane olub.

Hikmət Məmmədov vurğulayıb ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs sonradan bugünkü nəticələrin əldə olunmasına zəmin yaradıb.

O, ümidvar olduğunu bildirib ki, Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesi regionda yaşayan xalqların gələcəyi və sabitlik baxımından müsbət nəticələnəcək.

aia.az
Geri dön