Ana Sayfa > Özəl > Smartfonları əvəz edə biləcək yenilik – Mesajlar birbaşa göz önündə görünəcək

Smartfonları əvəz edə biləcək yenilik – Mesajlar birbaşa göz önündə görünəcək


Bu gün, 22:00. Yazar: vasif
Smartfonları əvəz edə biləcək yenilik – Mesajlar birbaşa göz önündə görünəcək


Birləşmiş Ərəb Əmirlikləri və Çin alimləri rəqəmsal məlumatları birbaşa insanın görmə sahəsinə ötürə bilən ağıllı kontakt linzalar hazırlayırlar.

Yeni texnologiya istifadəçilərə telefonu cibdən çıxarmadan mesajları oxumaq, bildirişləri izləmək və naviqasiya sistemindən istifadə etmək imkanı verə bilər.

Ağıllı linzaların süni intellekt dəstəyi ilə işləməsi, istifadəçilərə müxtəlif tövsiyələr və xatırlatmalar təqdim etməsi də nəzərdə tutulur.

Beləliklə, insanlar gündəlik fəaliyyətləri zamanı ehtiyac duyduqları rəqəmsal məlumatları birbaşa göz önündə görə biləcəklər.

Hazırda texnologiya hazırlanma və sınaq mərhələsindədir.

Ağıllı linzaların texniki xüsusiyyətləri, satış qiyməti və kütləvi istehsala başlanılacağı tarix barədə hələlik məlumat açıqlanmayıb.
Geri dön