Ana Sayfa > Özəl > Məktəblərdə vərəmə kütləvi yoluxma – 23 uşaqda aşkarlandı
Məktəblərdə vərəmə kütləvi yoluxma – 23 uşaqda aşkarlandıBu gün, 20:47. Yazar: vasif |
![]() Ukraynanın Çerkassı bölgəsində şagirdlər arasında vərəmə yoluxma hallarının artması ciddi narahatlıq yaradıb. Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasına görə, 10 təhsil müəssisəsində ümumilikdə 23 uşaqda vərəm aşkarlanıb. Yerli sakinlər yoluxma hallarının şagirdlərin məktəb sığınacaqlarında uzun müddət qalması və yoluxmuş şəxslərlə təmasda olması ilə əlaqəli ola biləcəyini ehtimal edirlər. Hazırda mütəxəssislər infeksiyanın mənbəyini və yayılma səbəblərini müəyyənləşdirmək üçün epidemioloji araşdırma aparırlar. Yoluxmanın dəqiq mənbəyi hələ müəyyən edilməyib. Bölgədəki məktəblərin distant təhsilə keçirilməsi isə hazırda nəzərdə tutulmur. Geri dön |