Ana Sayfa > Özəl > Ermənistanda baş nazir seçilməsinin qaydası dəyişir – Kənar namizədlərə yol bağlanır
Ermənistanda baş nazir seçilməsinin qaydası dəyişir – Kənar namizədlərə yol bağlanırBu gün, 19:43. Yazar: vasif |
![]() Ermənistanın yeni Konstitusiya layihəsində baş nazir vəzifəsinə namizədlərlə bağlı ciddi məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Vaaqn Aleksanyan açıqlama verib. Onun sözlərinə görə, yeni qaydalara əsasən, yalnız siyasi partiyanın seçki siyahısında yer alan və deputat mandatı qazanan şəxs baş nazir seçilə biləcək. Aleksanyan bildirib ki, dəyişiklik kənar qüvvələrin Ermənistanın siyasi idarəçiliyinə təsir imkanlarını məhdudlaşdırmağa hesablanıb. “Artıq imperiyanın paytaxtından kimisə Ermənistana göndərib, ‘Get, baş nazir olmağa çalış’ deyə bilməyəcəklər”, – deyə vitse-spiker vurğulayıb. O qeyd edib ki, mövcud Konstitusiya parlamentdə çoxluq qazanan siyasi qüvvəyə seçkilərdə iştirak etməyən şəxsi də hökumət başçısı seçmək imkanı verir. Yeni Konstitusiya layihəsi qəbul olunarsa, bu praktikaya son qoyulacaq və baş nazir postuna namizəd olmaq üçün deputat mandatı tələb ediləcək. Geri dön |