Ana Sayfa > Özəl > İrəvanda yeni Konstitusiya qalmaqalı – Müxalifətdən Bakıya qarşı ittiham
İrəvanda yeni Konstitusiya qalmaqalı – Müxalifətdən Bakıya qarşı ittihamBu gün, 19:17. Yazar: vasif |
![]() Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan yeni Konstitusiya layihəsinə etiraz edərək Azərbaycanı Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Deputat sosial şəbəkələrdə yayımladığı videomüraciətdə konstitusiya dəyişikliklərinin Azərbaycanın tələblərinə uyğun hazırlandığını və baş nazirin səlahiyyətlərini daha da genişləndirdiyini iddia edib. Qriqoryan bildirib ki, Ermənistan Konstitusiyasının Müstəqillik Bəyannaməsinə əsaslanması Bakının narazılığına səbəb olur. Müxalifət nümayəndəsi Azərbaycanın əsas məqsədinin Ermənistanı alçaltmaq olduğunu iddia edib. O, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına və paraflanmış sülh sazişinin ərazi iddialarının olmamasını nəzərdə tutan müddəasına istinad edərək konstitusiya dəyişikliklərinin zəruriliyini şübhə altına alıb. Azərbaycan tərəfi isə Ermənistanın əsas qanununda ərazi iddialarına hüquqi zəmin yarada biləcək müddəaların aradan qaldırılmasını davamlı sülhün mühüm şərtlərindən biri hesab edir. Ermənistanda yeni Konstitusiya ətrafında davam edən siyasi qarşıdurma hakimiyyətlə müxalifət arasında fikir ayrılıqlarını daha da dərinləşdirir. Bu mübahisələr Azərbaycanla sülh sazişinin imzalanması perspektivi baxımından da əhəmiyyət daşıyır. Geri dön |