Ana Sayfa > Özəl > Putin Trampın kürəkəninə xüsusi qovluq təqdim edib – Sənədlərin sirri açıldı

Putin Trampın kürəkəninə xüsusi qovluq təqdim edib – Sənədlərin sirri açıldı


Bu gün, 19:00. Yazar: vasif
Putin Trampın kürəkəninə xüsusi qovluq təqdim edib – Sənədlərin sirri açıldı




Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü zamanı gözlənilməz diplomatik jest edib.

Bu barədə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “New York Magazine” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Putin görüş zamanı dövlət arxivlərindən götürülmüş xüsusi sənədləri təqdim edib.

Qovluqda Kuşnerin babasının İkinci Dünya müharibəsi illərində Belarus ərazisində yəhudi partizan dəstəsinin tərkibində faşizmə qarşı mübarizəsini əks etdirən materiallar yer alıb.

Kuşner bu addımı Moskva ilə Vaşinqtonun vaxtilə nasist Almaniyasına qarşı müttəfiq olduqlarını xatırladan diplomatik mesaj kimi qiymətləndirib.

Onun fikrincə, Putin bununla iki ölkənin bu gün də ortaq mövqedən çıxış edə biləcəyinə işarə edib.

Kuşner Ukrayna ilə bağlı gələcək danışıqların əsas istiqamətlərini də açıqlayıb. Bildirib ki, təhlükəsizlik zəmanətləri, Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi və müharibədən sonrakı bərpa planı müzakirələrin əsas mövzularını təşkil edir.
Geri dön