Ana Sayfa > Özəl > İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq vuruldu
İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq vurulduBu gün, 09:37. Yazar: vasif |
![]() İranın Qum şəhərində hicabsız çıxış edən müğənni Pərəstu Əhmədi və onun musiqi ansamblının dörd üzvünə verilən şallaq cəzasının icra olunduğu bildirilir. “Azad İran”ın yaydığı məlumata görə, məhkəmənin qərarı əsasında beş nəfərin hər birinə 74 şallaq zərbəsi endirilib. Vəkil Mustafa Nili bildirib ki, hökm qanuni qüvvəyə mindikdən sonra Pərəstu Əhmədi, Süheyl Fəqih-Nasiri, Amin Tahiri, Əmirəli Pərniya və Möhsün Ləşkari Qum prokurorluğuna çağırılıblar. Vəkilin sözlərinə görə, onların hər biri barəsində çıxarılan cəza hökmü icra edilib. Hadisə İranda qadınların geyim və yaradıcılıq azadlığına tətbiq edilən məhdudiyyətləri, eləcə də sənətçilərin məhkəmə təqibinə məruz qalması məsələsini yenidən gündəmə gətirib. Geri dön |