Ana Sayfa > Özəl > “Nvidia” rəhbərinin sərvətində rekord artım – Bir gündə 34 milyard dollar
“Nvidia” rəhbərinin sərvətində rekord artım – Bir gündə 34 milyard dollarBu gün, 18:17. Yazar: vasif |
![]() “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın sərvəti bir sutkadan az müddətdə 34 milyard dollar artaraq 144 milyard dollara yaxınlaşıb. “Forbes” jurnalının məlumatına görə, milyarderin sərvətində 30 faizdən çox artım qeydə alınıb. Buna Huanqın rəhbər vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmlərinin kəskin bahalaşması səbəb olub. Nəticədə iş adamı dünyanın ən varlı insanları siyahısında 18-ci pillədən 13-cü pilləyə yüksəlib. Bundan əvvəl şirkət ətrafında yaranmış qalmaqallar fonunda Huanq sərvətinin dörddə birindən çoxunu itirmişdi. Bildirilir ki, noyabrın 23-də “Nvidia”nın Direktorlar Şurası Censen Huanqın şirkətin baş direktoru və prezidenti vəzifələrinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. Geri dön |