Ana Sayfa > Gündəm > "Beş mərtəbə" dairəsi ləğv olunur

"Beş mərtəbə" dairəsi ləğv olunur


27-04-2017, 16:12. Yazar: admin
"Beş mərtəbə" dairəsi ləğv olunur




Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

AİA.az
Geri dön