Ana Sayfa > Ölkə > Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib


Bu gün, 17:38. Yazar: Subhan
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

aia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

aia.az
Geri dön