Ana Sayfa > İqtisadiyyat > Bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

Bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər


Bu gün, 15:53. Yazar: azer
Bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 172 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə aia.az-a Əmlak Məsələləri Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr sektorudan
məlumat verilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 124 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 477-si qeyri-yaşayış, 3.412-si torpaq sahələri üzrə olmaqla 3.889 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 48 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub.
Geri dön