Ana Sayfa > Özəl > "Cənnət adamı" adlı kitab işıq üzü görüb

"Cənnət adamı" adlı kitab işıq üzü görüb


Bu gün, 15:30. Yazar: azer
"Cənnət adamı" adlı kitab işıq üzü görüb

"İmza" Nəşrlər Evinin mətbəəsində ömrünün 50 ilindən çoxunu Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmış ictimai-siyasi xadim, Əməkdar mədəniyyət işçisi və "Tərəqqi" medalı laureatı Sərhəd Rəhmət oğlu Qasımovun xatirəsinə həsr olunan "Cənnət adamı" adlı kitab işıq üzü görüb.


Kitabda ölkəmizin tanınmış ictimai-siyasi xadimləri Yaşar Rzayevin, Ağakərim Şərifovun, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin, Xalq artisti, diktor Əli Məhəmmədoğlunun, tanınmış jurnalistlər Akif Cabbarlının, Qulu Məhərrəmlinin, Tahir Aydınoğlunun, İlqar Paşazadənin, Faiq Hüsiyevin, Sahəddin Hüseynovun, Tahir Talıblının, Aybəniz Məmmədəliyevanın, Şəlalə Məhyəddinqızının, Eldar İsgəndərzadənin, Hafiz Ataxanlının, Elnur Ağayevin, Anar Məmmədovun, Qənimət Səfərovun, Nazim Mürsəlovun, Qorxmaz Şıxalıoğlunun, eləcə də mərhumun nəvəsi Fərid Farizoğlunun Sərhəd Qasımov haqqında ürək sözləri və xatirələri yer alıb.


Kitabın ön söz müəllifi və redaktoru Mübariz Süleymanlı, buraxılışa məsul şəxs Fariz Adiloğlu, korrektorları Fərid Əhmədov və Balağa Rzayev, texniki redaktoru isə Rüstəm Hacızadədir. "İmza" Nəşrlər Evinin direktoru Səbuhi Aslan, dizayneri Fidan Həsənovadır.

Nəşr geniş oxucu kütləsi, eləcə də Azərbaycanın televiziya, radio və mədəniyyət tarixini araşdıranlar üçün nəzərdə tutulub.
Geri dön