Ana Sayfa > Ölkə > Bakıda pirotexniki vasitələr aşkar edildi

Bakıda pirotexniki vasitələr aşkar edildi


Bu gün, 12:14. Yazar: Subhan
Bakıda pirotexniki vasitələr aşkar edildi

Pirotexniki vasitələr aşkar edilib

aia.az xəbər verir ki bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində 5 adda 1624 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön