Ana Sayfa > Gündəm > İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcəkBu gün, 11:23. Yazar: azer |
![]() Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda fikir mübadiləsi aparılacaq. Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının (“Yol xəritəsi”) imzalanması nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək. Geri dön |