Ana Sayfa > Özəl > Trampdan sensasiyalı ittiham: “Demokratlar İranla birlikdə neftin qiymətini artırırdı”
Trampdan sensasiyalı ittiham: “Demokratlar İranla birlikdə neftin qiymətini artırırdı”Bu gün, 22:00. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında hücumlarını intensivləşdirməsini və neft bazarındakı qiymət dəyişikliklərini Demokratlar Partiyasının seçki qələbəsi ilə əlaqələndirib. Tramp bu barədə “Truth Social” hesabında paylaşım edərək son bir həftədə İranın dron və raket hücumlarının əhəmiyyətli dərəcədə artdığını bildirib. “İran ötən həftə bir ildən çox müddətdə ən çox dron və raket buraxıb. Hamısı vurulub, heç bir ziyan dəyməyib”, – deyə ABŞ prezidenti iddia edib. Trampın fikrincə, Tehran rəhbərliyi demokratları zəif hesab etdiyindən daha aqressiv addımlar atmağa başlayıb. O, belə vəziyyətə imkan verməyəcəyini vurğulayıb. ABŞ prezidenti neft qiymətlərinin ara seçkilərdən sonra sürətlə ucuzlaşmasına da diqqət çəkib. Tramp iddia edib ki, Demokratlar Partiyası və İran seçkilərə qədər neftin qiymətini yüksək saxlamaqda maraqlı olublar. Onun sözlərinə görə, səsvermədən sonra qiymətlərin kəskin enməsi təsadüfi deyil. O, seçicilərin bu vəziyyəti əvvəlcədən qiymətləndirə bilməməsindən təəssüfləndiyini bildirərək seçkilərin nəticələrini də şübhə altına alıb. Qeyd edək ki, Trampın İranla demokratlar arasında əlaqə və neft qiymətlərinə məqsədli təsir barədə səsləndirdiyi iddiaları təsdiqləyən müstəqil sübut təqdim olunmayıb. Geri dön |