Ana Sayfa > Özəl > ABŞ-da 34 illik siyasi rekord yeniləndi – Demokratlardan böyük qələbə
ABŞ-da 34 illik siyasi rekord yeniləndi – Demokratlardan böyük qələbəBu gün, 21:41. Yazar: vasif |
![]() ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası 1992-ci ildən bəri Nümayəndələr Palatasında ən yüksək yer sayına sahib olub. Associated Press (AP) agentliyinin məlumatına görə, demokrat namizəd Çak Habbardın Şimali Karolinada respublikaçı Virciniya Foks üzərində qələbəsi partiyanın mövqeyini daha da gücləndirib. Açıqlanan nəticələrə əsasən, demokratlar 258, respublikaçılar isə 173 mandat əldə ediblər. Bu göstərici Demokratlar Partiyası üçün son 34 ilin ən böyük seçki uğuru kimi təqdim olunur. Nəticələr ABŞ Konqresinin aşağı palatasında siyasi qüvvələr balansının demokratların xeyrinə dəyişdiyini göstərir. Geri dön |