Ana Sayfa > Özəl > Trampdan Avropaya sərt mesaj: “Milyardları Ukraynaya yox, öz ölkələrinizə xərcləyin”

Trampdan Avropaya sərt mesaj: “Milyardları Ukraynaya yox, öz ölkələrinizə xərcləyin”


Bu gün, 21:19. Yazar: vasif
Trampdan Avropaya sərt mesaj: “Milyardları Ukraynaya yox, öz ölkələrinizə xərcləyin”



ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinə Ukraynaya ayrılan böyük maliyyə vəsaitlərini öz ölkələrinin iqtisadi inkişafına yönəltməyi tövsiyə edib.

Bu barədə ABŞ prezidentinin kürəkəni və xüsusi elçisi Cared Kuşner X sosial şəbəkəsində açıqlama yayıb.

Kuşner bildirib ki, Tramp “könüllülər koalisiyası”nın rəhbərləri ilə müzakirələr zamanı müharibəyə xərclənən yüz milyardlarla dolların iqtisadiyyatın gücləndirilməsinə sərf olunmasının daha məqsədəuyğun olduğunu vurğulayıb.

Onun sözlərinə görə, həmin vəsaitlər yeni iş yerlərinin yaradılmasına, iqtisadi artımın sürətləndirilməsinə, enerji xərclərinin azaldılmasına və infrastrukturun inkişafına yönəldilə bilər.

“The Washington Post” nəşrinin məlumatına əsasən, Tramp Berlin görüşü çərçivəsində Avropa liderləri ilə telefon danışığında onları Rusiya ilə razılığa gəlməyə çağırıb.

ABŞ prezidentinin fikrincə, müharibənin başa çatması Avropa dövlətlərinə Ukraynaya ayırdıqları milyardlarla dolları öz daxili ehtiyaclarına sərf etmək imkanı yaradacaq.

“Politico” da Trampın Avropa ölkələrinin Ukraynaya əlavə milyardlarla dollar yardım göstərməsi təşəbbüsünə şübhə ilə yanaşdığını yazıb.

Beləliklə, Vaşinqtonun Ukrayna müharibəsinin maliyyə yükü ilə bağlı mövqeyi ABŞ və Avropa arasında müzakirələrin əsas mövzularından biri olaraq qalır.
Geri dön