Ana Sayfa > Özəl > Hörmüz boğazında gəmi hərəkəti azalıb – Yeni rəqəmlər açıqlandı

Hörmüz boğazında gəmi hərəkəti azalıb – Yeni rəqəmlər açıqlandı


Bu gün, 20:17. Yazar: vasif
Hörmüz boğazında gəmi hərəkəti azalıb – Yeni rəqəmlər açıqlandı




Dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında kommersiya gəmilərinin hərəkəti əvvəlki göstəricilərlə müqayisədə azalıb.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) hesabatına əsasən, noyabrın 20-də boğazdan ümumilikdə 114 kommersiya gəmisi keçib.

Müqayisə üçün, 2025-ci ildə Hörmüz boğazından gündə orta hesabla 138 gəmi keçirdi. Son göstərici həmin səviyyədən təxminən 17 faiz aşağıdır.

Təşkilatın məlumatına görə, tranzitə tətbiq olunan məhdudiyyətlər səbəbindən boğazda gəmi sıxlığı yüksək olaraq qalır.

Hesabatda digər mühüm dəniz marşrutu olan Bab əl-Məndəb boğazındakı vəziyyətə də toxunulub. Bildirilib ki, eyni dövrdə burada 68 gəmi keçidi qeydə alınıb.

Hörmüz və Bab əl-Məndəb boğazları beynəlxalq ticarət və enerji təchizatı baxımından mühüm əhəmiyyətə malik olduğundan bu marşrutlardakı məhdudiyyətlər diqqətlə izlənilir.
Geri dön