Ana Sayfa > Özəl > Tramp Ukraynaya ciddi təhlükəsizlik zəmanəti verə bilər – Əsas şərt açıqlandı
Tramp Ukraynaya ciddi təhlükəsizlik zəmanəti verə bilər – Əsas şərt açıqlandıBu gün, 19:44. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdən keçirməyə hazırdır. Lakin bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsi tələb olunur. Bu barədə ABŞ prezidentinin kürəkəni Cared Kuşner X sosial şəbəkəsində paylaşım edib. Kuşner bildirib ki, NATO müqaviləsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik mexanizminə bənzər zəmanətlər Ukraynada uzunmüddətli sülhün təmin olunmasında mühüm rol oynaya bilər. Onun sözlərinə görə, etibarlı müdafiə öhdəlikləri və mümkün təcavüzün qarşısını alan mexanizmlər yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla belə, Kuşner vurğulayıb ki, belə bir qərar ABŞ üçün son dərəcə ciddi öhdəlik sayılır və konstitusion tələblərə, eləcə də Konqresin müvafiq prosedurlarına uyğun şəkildə təsdiqlənməlidir. Əsas şərt isə Trampın bu addımın ABŞ-ın milli maraqlarına uyğun olduğuna əmin olmasıdır. Kuşner əlavə edib ki, daha geniş təhlükəsizlik mexanizmlərinin yaradılması bu zəmanətlərdən faktiki istifadə olunması ehtimalını minimuma endirə bilər. Qeyd edək ki, söhbət Ukraynanın avtomatik olaraq NATO üzvlüyünə qəbulundan deyil, 5-ci maddənin kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik təminatlarından gedir. Geri dön |