Ana Sayfa > Özəl > İstanbulda silahlı cinayətkar dəstəyə əməliyyat – 51 nəfər tutuldu
İstanbulda silahlı cinayətkar dəstəyə əməliyyat – 51 nəfər tutulduBu gün, 19:00. Yazar: vasif |
![]() Türkiyənin İstanbul şəhərində mütəşəkkil silahlı cinayətkar qrupa qarşı genişmiqyaslı polis əməliyyatı keçirilib. Nəticədə 51 şübhəli şəxs saxlanılıb. Türkiyə mediasının məlumatına görə, saxlanılan şəxslər qətl, qəsdən sağlamlığa zərər vurma, hədə-qorxu, əmlaka ziyan vurma və ictimai təhlükəsizliyi təhdid edən digər cinayətlərdə şübhəli bilinirlər. İstintaq materiallarına əsasən, dəstənin İstanbulun müxtəlif ərazilərində, xüsusilə Başakşehir və Küçükçekmece rayonlarında törədilmiş ümumilikdə 35 cinayət hadisəsi ilə əlaqəsinin olduğu ehtimal edilir. Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Geri dön |