Ana Sayfa > Özəl > Paşinyandan gözlənilməz istefa açıqlaması – Hər iki halda vəzifədən gedəcək?
Paşinyandan gözlənilməz istefa açıqlaması – Hər iki halda vəzifədən gedəcək?Bu gün, 18:39. Yazar: vasif |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun nəticəsindən asılı olaraq siyasi gələcəyi barədə qərar verəcəyini açıqlayıb. Paşinyan canlı yayım zamanı bildirib ki, yeni Konstitusiya qəbul edilməsə, baş nazir vəzifəsindən istefa verəcək. “Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm. Xalq lehinə səs versə, növbəti seçkilərdə baş nazirliyə namizədliyimi irəli sürməyəcəyəm”, – deyə o vurğulayıb. Ermənistan hökumətinin rəhbəri bundan əvvəl də konstitusiya dəyişikliklərini ölkənin dövlət idarəçiliyinin yenilənməsi və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından vacib hesab etdiyini bildirib. Paşinyanın son bəyanatı Ermənistanda referendum ətrafında siyasi müzakirələrin və hakimiyyətlə müxalifət arasında fikir ayrılıqlarının gücləndiyi dövrə təsadüf edir. Onun açıqlaması konstitusiya islahatlarının nəticəsindən asılı olaraq Ermənistanda yeni siyasi mərhələnin başlaya biləcəyi barədə müzakirələri gündəmə gətirib. Geri dön |